YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Yeni inkişaf mərhələsində bir sıra vacib tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur

«Yeni inkişaf mərhələsində bir sıra vacib tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunların sırasına yeni infrastrukturların yaradılması, yerli istehsalın artırılması, bütövlükdə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi daxildir». Bu fikirləri Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, Azərbaycan son 12 ildə böyük bir yol keçib, mühüm nailyyətlərə imza atıb. Onun sözlərinə görə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi müasir, regionun iqtisadi mərkəzinə çevrilməyi bacarmış dövlətimizi beynəlxalq münasibətlər sisteminin mühüm aktoruna çevirıb.

«Bu gün ölkəmizin iqtisadi inkişaf modeli birmənalı şəkildə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan artıq dünyada sivilizasiyaların dialoq mərkəzi kimi şöhrət tapıb. Tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türk millətinin xarakteri ilə bağlı olan məsələdir»- deyə, Ş.Hacıyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv