YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yapon iş adamları Azərbaycana səfərin nəticələrini uğurlu hesab edirlər

Tokioda “Cross Border Club”ın təşkilatçılığı ilə keçirilən toplantıda yapon iş adamlarından ibarət qrupun Azərbaycana son işgüzar səfərinin nəticələri müzakirə olunub.

“Cross Border Club”ın meneceri, əcnəbi ölkələrin investisiya imkanlarının araşdırılması sahəsində tanınmış iqtisadçı ekspert Kazuyasu İşida Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın son illər sürtlə inkişaf etdiyini qeyd edib, Miyakocima və Naxçıvan şəhərləri arasında qardaşlaşma sazişinin imzalanması ilə bağlı hazırlıq işləri barədə məlumat verib. Martın əvvəllərində yapon iş adamlarından ibarət qrupun Azərbaycana səfərinin nəticələri barədə danışan K.İşida iştirakçıların səfər çərçivəsində ölkəmizin görməli yerləri ilə tanış olduğunu, azərbaycanlı iş adamları ilə fikir mübadiləsi apardığını deyib. Bildirib ki, səfər iştirakçıları son illər respublikamızda həyata keçirilən nəhəng layihələrin, böyük quruculuq işlərinin canlı şahidi olublar. Azərbaycanın iqtisadi proqnozlarının çox ümidverici olduğunu vurğulayan K.İşida yapon iş adamlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Səfər çərçivəsində aparılan fikir mübadiləsinin hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı F.Bağırov, “Azərbaycan-Yaponiya Dostluq Mərkəzi”nin sədri X.Kələntər, “Jale Japan” şirkətinin prezidenti xanım Yamamoto Kyoko ölkəmizdə son illərdə əldə edilən iqtisadi uğurlar, investisiya imkanları və biznesin təşkili haqqında məlumat veriblər, yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd ediblər.

Səfərdə iştirak etmiş biznesmenlər Azərbaycan haqqında zəngin təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Azərbaycanın son illər dinamik inkişafının şahidi olduqlarını qeyd edən iş adamları ölkəmizin həm qədim tarixə, mədəniyyətə malik olduğunu, həm də müasir inkişafı ilə diqqəti cəlb etdiyini vurğulayıblar.

Sonda Azərbaycanda biznesin təşkili və digər maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv