Xəbərlər
Baş nazir: 2015-ci ildə sahibkarlığın inkişafı üzrə ciddi addımlar atılıb

Sahibkarlığa Kömək Milli Fondu 2004-2015-ci illlərdə sahibkarlara 1,7 milyard manat güzəştli kredit verib.
Bunu Azərbaycanın Baş naziri Artur Rəsi-zadə bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat”ı təqdim edərkən deyib.
O bildirib: "İl ərzində sahibkarlıq subyektləri 10,7 faiz - 84 minədək, fərdi sahibkarlıq subyektləri isə 11 faiz -577 min nəfərədək artıb. 2015-ci ildə sahibkarlığın inkişafı üzrə ciddi addımlar atılıb".
Baş nazir qeyd edib ki, ötən il əsas kapitala 16 milyard manat ayrılıb: "Bunun 55 faizindən çoxu qeyri-neft sektorunun payına düşüb. İllik inflyasiya 4 faiz səviyyəsində qeydə alınıb".