YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artur Rasizadə: Ötən il meyvə-tərəvəz məhsullarının ixracı 7,2 faiz artıb

Azərbaycan Prezidentinin 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməsi bu sahənin inkişafına ciddi təkan verib.

Martın 15-də Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatla çıxış edən Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə bu barədə məlumat verib.

Baş nazir bildirib ki, kənd təsərrüfatında məhsul istehsalı əvvəlki illə müqayisədə dəyər ifadəsində 6,6 faiz artıb. Bitkiçilikdə artım 11,3 faiz, heyvandarlıqda isə 2,5 faiz təşkil edib. İl ərzində meyvə-tərəvəz məhsulları ixracının həcmi 7,2 faiz artaraq, 312 milyon dollara çatıb.