YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir: Ötən il 15 min məcburi köçkün yeni mənzillərlə təmin edilib

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə daha beş müasir tipli qəsəbə salınıb, 15 min məcburi köçkün yeni mənzillərlə təmin edilib. Ümumilikdə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 430 milyon manat vəsait xərclənib.

Bu fikirləri Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə martın 15-də Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatla çıxış edərkən bildirib. Baş nazir deyib: “Ötən il neft sənayesində artım 10 faiz təşkil edib. Əsas kapitala yönəldilmiş 16 milyard vəsaitin 55 faizdən çoxu qeyri-neft sektorunun payına düşüb. Orta aylıq əməkhaqqı 5 faiz, əhalinin gəlirləri 5,7 faiz artıb, illik inflyasiya isə 4 faiz səviyyəsində qeydə alınıb. Maliyyə və pul sektorundakı çətinliklərə baxmayaraq, Mərkəzi Bankın və hökumətin qarşıya qoyduğu ümdə məsələlərdən biri inflyasiyanı təkrəqəmli səviyyədə saxlamaq olub və bu, təmin edilib”.

Baş nazir diqqətə çatdırıb ki, əhalinin aztəminatlı hissəsinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına ötən il xüsusi diqqət yetirilib. Ünvanlı sosial yardımın bir ailə başına düşən orta aylıq məbləği artırılıb. Ümumilikdə bu məqsədə 197 milyon manatdan artıq vəsait xərclənib.