YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatı dinlənilir

Martın 15-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçirilir.

İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilir.

İclasda əvvəlcə martın 13-də Türkiyədə törədilmiş terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gündəlik təsdiq olunub.

Milli Məclisin sədri Oqtay Əsədov ötən il ölkə iqtisadiyyatında əldə olunan uğurlar barədə danışıb. Qeyd edib ki, keçən il Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

İclasda Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatla çıxış edir.

Milli Məclisin iclasında, həmçinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirə ediləcək. Bundan başqa, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsinə ikinci oxunuşda münasibət bildiriləcək.

 

DİGƏR Xəbərlər Arxiv