YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Yeni qanun layihəsinin ərsəyə gəlməsi üçün beynəlxalq təcrübə öyrənilir

Milli Məclisdə “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi hazırlanır. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin dövlət standartları və proqramı” və 2012-ci ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin Nümunəvi Nizamnaməsi” ilə tənzimlənir. Onun sözlərinə görə, yeni qanun layihəsinə həmin sənədlərin bir sıra müddəaları daxil ediləcək.

Təhsil haqqında” qanunun 2-ci fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr edilib. Lakin Təhsil haqqında” qanun çərçivə qanun olduğundan orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar – məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və s. öz əksini tapıb.

“Təhsil haqqında” Qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3, məktəbəhazırlıq dövrü isə 5 yaşdan başlayır. Yeni qanun layihəsinin ərsəyə gəlməsi üçün beynəlxalq təcrübə öyrənilir. Qanun layihəsinin hazırlanması artıq Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilib. Layihənin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır»- deyə, komitə sədri vurğulayıb.