YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Azərbaycan sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib

«Bugünlərdə paytaxtımıza keçirilən IV Bakı Qlobal Forumunda dünyanı narahat aktual məsələlər müzakirə olunub. 53 ölkədən 300-dən çox nümayəndənin iştirak etdiyi forumda səsləndirilən fikirlər, irəli sürülən təkliflər bəşəriyyət üçün aktual məsələləri gündəmə gətirib». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, sivilizasiyalararası dialoq, müxtəlif mədəniyyətlər və dəyərlərə malik olan xalqların əməkdaşlığı XXI əsrin strateji prioriteti kimi müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, forum çərçivəsində aktiv müzakirə mövzusuna çevrilən mühüm məsələlərdən biri də multikulturalizm olub.

«Azərbaycanda multikulturalizm məsələsi xüsusi aktuallıq kəsb edir, çünki ölkəmizin təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunə qismində çıxış edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan müxtəlif xalqların nümayəndələrinin yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan ölkə kimi dəyərləndirilməkdədir. Şübhəsiz, bunun fonunda ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilir. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır. Bütövlükdə, müasir Azərbaycan sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib. Dünya İqtisadi Forumu, Krans Montana Forumu, Cənubi Qafqaz Forumu, “Eurovision” musiqi yarışması, Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Ümumdünya Sammiti, Qlobal Bakı Forumu və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq dünyanın qlobal səciyyəli mərkəzlərindən biri kimi qəbul olunur»- deyə, K.Əliyeva vurğulayıb.