YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda Novruz Komissiyası ziyafət təşkil edib

Vaşinqtonun “Andrew Melon Auditorium” salonunda ABŞ-da fəaliyyət göstərən Novruz Komissiyasının (Nowruz Commission) növbəti illik təntənəli qala ziyafəti keçirilib. Ziyafətdə əsasən Novruz bayramını keçirən ölkələrin Vaşinqtondakı səfirlikləri, onların ABŞ-da yaşayan icmalarının təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən mədəniyyətimizi əks etdirən guşə tərtib olunub. Eyni zamanda, Azərbaycanda Novruz bayramı ənənələrindən bəhs edən qısa film göstərilib. Xüsusilə Novruz ənənələrini təcəssüm etdirən “Xonça” iştirakçılarda maraq doğurub. Qonaqlara, həmçinin şəkərbura, paxlava və digər şirniyyatlar paylanılıb.

Ziyafətdə Bakının Yasamal rayonunun Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin rəqs dərnəyinin fəal üzvü Fatimə Sadiqovanın oynadığı “Süleymani” rəqsi qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Novruz Komissiyası 2010-cu ildə Nəsir Kazemini və Bican Kian tərəfindən Qazaxıstanın ABŞ-dakı sabiq səfiri və hazırda həmin ölkənin xarici işlər naziri Erlan İdrisovla birgə təsis edilib.