YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Devid Harris: Amerika Yəhudi Komitəsi Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir

Amerika Yəhudi Komitəsi Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir.

Bu fikri Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla keçirilən görüşdə deyib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Azərbaycana səfərindən məmnunluğunu bildirən icraçı direktor IV Qlobal Bakı Forumunun mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Görüşlərin artıq ənənəvi hal aldığını deyən komitə sədri Nazim İbrahimov bildirib ki, bu, Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın göstəricisidir. “Amerika Yəhudi Komitəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edir”, - deyə o vurğulayıb.

Komitə sədri qonaqları Azərbaycanda keçirilən IV Qlobal Bakı Forumu ilə bağlı məlumatlandırıb, bir çox məsələlərin müzakirəsi üçün siyasi müstəviyə çevrilən bu tədbirdə dünyanın müxtəlif ölkələrindən siyasi liderlərin iştirak etdiyini qeyd edib.

Görüşdə, həmçinin Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.

Qeyd edək ki, Amerika Yəhudi Komitəsinin icraçı direktoru D.Harrisin rəhbərliyi ilə 7 nəfərlik nümayəndə heyəti martın 13-dən Bakıda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirib.

 

DİGƏR Xəbərlər Arxiv