YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tacikistan və Qırğızıstan agentlikləri Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusu verilməsindən yazır

Tacikistanın “Xovar” Milli İnformasiya Agentliyi və Qırğızıstanın “Ca-news” portalı Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş statusu verilməsi haqqında məlumatlar yayıb. Bildirilir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov bununla bağlı Pekində Memorandum imzalayıblar.

Məlumatlarda nazir Elmar Məmmədyarovun fikirlərinə də yer verilib.

Qeyd edilir ki, Şanxay Əməkdaşlıq Təşkilatının ötən ilin iyulunda Ufa şəhərində keçirilmiş Zirvə görüşündə Azərbaycana bu təşkilatın dialoq üzrə tərəfdaşı statusunun verilməsi barədə qərar qəbul olunub.

ŞƏT 2001-ci il iyunun 15-də Şanxay şəhərində Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanin iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Ötən il təşkilatda sədrlik Rusiyadan Özbəkistana keçib və bu il mayın 23-24-də Daşkənddə onun Zirvə görüşü təşkil ediləcək.

 

DİGƏR Xəbərlər Arxiv