YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: SOCAR 3 milyard kubmetrədək təbii qaz almağı nəzərdə tutur

SOCAR 3 milyard kubmetrədək təbii qaz almağı nəzərdə tutur.

Bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, SOCAR üçün neft hasilatı zamanı laylara vurmaq üçün qaz lazımdır. Laylara nə qədər çox qaz vurulsa, neft hasilatını bir o qədər stabil saxlamaq olar. Həmçinin, SOCAR-ın yeraltı qaz anbarları var və onların imkanları böyükdür. Həmin anbarlar 5 milyard kubmetr həcmində qazı saxlamaq iqtidarındadır və bu anbarlara əlavə həcmdə qazın vurulması da planlaşdırılır.

“SOCAR 3 milyard kubmetr qaz almaq niyyətindədir. Bununla bağlı “Qazprom” şirkətinə təkliflər verilib. Həmçinin SOCAR İran ilə də müzakirələr aparır və “svop” əməliyyatının reallaşdırılması nəzərdə tutulur. İranda yay aylarında böyük həcmdə qazdan istifadə olunmur, istehlakın pik həddi isə qış fəslindədir. Hazırda müxtəlif variantlar nəzərdən keçirilir”, - deyə R.Abdullayev qeyd edib.