YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada MDB ölkələrinin “25 il birlikdə: qarşılıqlı fəaliyyətin yeni formatları” mövzusunda beynəlxalq iqtisadi forum keçiriləcək

Martın 18-də Moskvada MDB üzvü olan ölkələrin “25 il birlikdə: qarşılıqlı fəaliyyətin yeni formatları” mövzusunda beynəlxalq iqtisadi forumu və Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının növbəti iclası keçiriləcək.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Forumun işində MDB İqtisadi Şurasının üzvləri, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının, Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərləri, MDB üzvü olan ölkələrin iqtisadi inkişaf, maliyyə, sənaye və ticarət nazirliklərinin rəhbər işçiləri, hakimiyyət orqanlarının, ticarət-sənaye palatalarının, sahəvi qurumların və bank birliklərinin nümayəndələri, habelə MDB üzvü olan dövlətləri və uzaq xarici ölkələri təmsil edən sahibkarlar iştirak edəcəklər.

Forum çərçivəsində MDB İqtisadi Şurasının 69-cu iclası, forum iştirakçılarının “İmkanların təqdimatı” adlı layihələr sərgisi, kontakt-kooperasiya birjası və tematik sessiyalar keçiriləcək.