YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Çexiya arasında əməkdaşlıq strateji səviyyəyə yüksəlib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyəti ilə martın 14-də Milli Məclisdə görüşlər keçirilib.

Əvvəlcə Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek ilə Milli Məclisin sədri Oqtay Əsədovun təkbətək görüşü olub. Sonra görüş geniş tərkibdə davam edib.

Azərbaycan ilə Çexiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Oqtay Əsədov parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib. O, əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Milli Məclisin sədri ölkələrimiz arasında hüquqi bazanın da mövcud olduğunu deyib və bu istiqamətində işlərin davam etdirilməsinin önəmini qeyd edib. Oqtay Əsədov Bakıda Azərbaycan ilə Çexiya arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ölkələrimizin əməkdaşlığının inkişafında əsas yaradan hüquqi bazanı möhkəmləndirəcəyini diqqətə çatdırıb.

Milli Məclisin sədri hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyətinin məmnunluq doğurduğunu bildirib. O, Çexiya Parlamenti Deputatlar Palatasının xarici əlaqələr komitəsinin Xocalı soyqırımı haqqında qərar qəbul etməsini Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini deyib.

İqtisadi sahədəki əməkdaşlıqdan danışan Oqtay Əsədov bu günədək Çexiya tərəfindən Azərbaycana ümumilikdə 1 milyard dollardan çox investisiya qoyduğunu vurğulayıb. O, 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 610 milyon dollar təşkil etdiyini söyləyib. Milli Məclisin sədri, eyni zamanda, Çexiyanın neftə olan ehtiyacının 31,5 faizini Azərbaycan tərəfindən ödənildiyini qeyd edib.

Yan Hamaçek Azərbaycan ilə Çexiya arasında əməkdaşlığın strateji səviyyəyə yüksəldiyini söyləyib, həmçinin əlaqələrin daha da inkişafı üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb. Çexiya və Azərbaycan parlamentləri arasında əlaqələrin məmnunluq doğurduğunu vurğulayan Yan Hamaçek bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Yan Hamaçek Çexiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini və bu problemə dair beynəlxalq təşkilatların qətnamə və qərarlarını dəstəklədiyini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv