YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Çətin: Azərbaycan getdikcə daha böyük uğurlara imza atır

Dördüncü Qlobal Bakı Forumunda iştirak edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin jurnalistlərə müsahibəsində Azərbaycanda dəfələrlə olduğunu və hər səfərində ölkəmizdə böyük dəyişikliklər gördüyünü söyləyib. O, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın gündən-günə inkişaf etdiyini, getdikcə daha böyük uğurlara imza atdığını vurğulayıb.

Azərbaycanın yeganə probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayan sabiq nazir bu münaqişənin bütövlükdə regionun inkişafına əngəl yaratdığını diqqətə çatdırıb. H.Çətin vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Dağlıq Qarabağla yanaşı, onun ətrafındakı 7 rayonu da işğal edib. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətində heç bir irəliləyiş yoxdur.

Qlobal Bakı Forumunun önəmindən danışan sabiq nazir deyib ki, qlobal çağırışlarla üzləşdiyimiz bir vaxtda bizi sülh, rifah və ədalət dünyasına bir addım daha yaxınlaşdıra biləcək fikir və ideyaların mübadiləsi liderlər üçün çox vacibdir. Qlobal Bakı Forumu bu problemləri müzakirə etmək, yeni təşəbbüslər, təkliflər irəli sürmək üçün böyük imkandır.