YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Peskov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ardıcıl iş aparmaqda davam edir

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ardıcıl işi davam etdirir, lakin son qərarı yalnız münaqişənin bilavasitə iştirakçıları qəbul edə bilər”. RF prezidentinin mətbuat katibi Dmitri Peskov bu fikri jurnalistlərə söyləyib.

Onun sözlərinə görə, söhbət bir dəfə səy göstərməkdən deyil, beynəlxalq formatlarda ardıcıl fəaliyyət xəttindən gedir. D.Peskov deyib: “Rusiya bu formatların məsul iştirakçısı kimi, ardıcıl iş aparmaqda davam edir. Lakin qəti qərarlar, müəyyən həlledici təşəbbüslər yalnız bu münaqişənin iştirakçıları tərəfindən irəli sürülə bilər. Ermənistanın və Azərbaycanın əvəzinə bu münaqişəni nə beynəlxalq vasitəçilər, nə də Rusiya tənzimləyə bilər”.

 

DİGƏR Xəbərlər Arxiv