YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Avropa cəmiyyətləri münaqişələrin, problemlərin həllinə töhfə verməlidirlər

«AŞPA Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında qadınların ictimai-siyasi həyatda fəallığının artırılması, terrorizmlə mübarizədə qadınların rolu, dini azlıqlarda uşaq və ailə hüquqlarının müdafiəsi, Avropada antisemitizmə qarşı mübarizə  mövzularında müzakirələr aparılır». Bu fikri Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Paris şəhərində keçirilən iclas aktual mövzuları əhatə edir. Onun sözlərinə görə, artıq dünyanı bürüyən problemlər ciddi narahatlıq doğurur.

«Dünyada baş verən neqativ proseslər artıq Avropa ictimaiyyətini narahat edir. Çünki digər regionlarda baş verən problemlər Avropa məkanına da təmir etməkdədir. Ona görə də, vəziyyətdən çıxış yollarının müzakirəsi qaçılmaz reallıqdır. Avropa cəmiyyətləri, eləcə də, bu qitəyə daxil olan beynəlxalq qurumlar münaqişələrin, problemlərin həllinə töhfə verməlidirlər»- deyə, S.Qafarova qeyd edib.