YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peter Medeşi: Qlobal Bakı Forumu sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verir

Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verir.

Bu fikri AZƏRTAC-a müsahibəsində IV Qlobal Bakı Forumunda iştirak edən Macarıstanın sabiq Baş naziri Peter Medeşi bildirib.

Artıq Qlobal Bakı Forumunun adının nüfuzlu beynəlxalq tədbirlərlə bir arada çəkildiyini vurğulayan sabiq Baş nazir tədbirin dünya liderlərinə, nüfuzlu ictimai-siyasi xadimlərə, ekspertlərə öz fikirlərini ifadə etmək, müasir dünyamız üçün aktuallıq kəsb edən mühüm məsələlərlə bağlı təkliflər səsləndirmək baxımından imkan yaratdığını diqqətə çatdırıb. O, Qlobal Bakı Forumunun dünyada sülhün və sabitliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb.

Sabiq Baş nazir Azərbaycan-Macarıstan münasibətlərinə toxunaraq ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirib. O, Macarıstanın Baş naziri Viktor Orbanın bir neçə gün əvvəl Azərbaycana etdiyi səfəri xatırladıb və bu səfərin əlaqələrimizin daha da genişlənməsinə imkan yaratdığını vurğulayıb.