YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ehud Barak: Azərbaycan bütün cəmiyyətlərə açıq tolerant ölkədir

Azərbaycanda çox önəmli beynəlxalq forum keçirilir. IV Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr işsizlik, qaçqın böhranı, Suriyadakı vəziyyət və digər bu kimi problemlərin həllində yeni ideyaların yaranmasına səbəb olur. Əminəm ki, Bakı Forumu konkret addımların atılması baxımından mühüm rol oynayacaq.

Bu fikirləri IV Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq müdafiə naziri Ehud Barak jurnalistlərə açıqlamasında səsləndirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Bakı Forumunda əvvəllər də iştirak etdiyini xatırladan Ehud Barak bu forumun artıq dünyada böyük nüfuz qazandığını vurğulayıb. Qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən önəmli şəxslərin Azərbaycana toplaşması müzakirə aparmaq üçün əlverişli imkan yaradır.

Azərbaycanın multikulturalizmin daha geniş inkişafı üçün inamlı addımlar atdığını söyləyən Ehud Barak deyib: “Azərbaycan digər xalqların nümayəndələrinə dözümlü yanaşan önəmli ölkələrdən biridir. Biz Azərbaycanın inkişafını yüksək qiymətləndiririk. O, bütün cəmiyyətlərə açıq tolerant bir ölkədir. Azərbaycan müxtəlif xalqların sülh və əmin-amanlıq şəraitində, dinc yanaşı yaşaması üçün böyük səylər göstərir”.

Sabiq nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqeyi dəstəklədiyini bildirib.

 

DİGƏR Xəbərlər Arxiv