YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qro Harlem Brudtland: Bakı uğurlu beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib

Qlobal Bakı Forumunda ilk dəfədir iştirak edirəm. Bu gün Bakının uğurlu beynəlxalq əməkdaşlığın mərkəzinə çevrildiyini görməkdən çox şadam.

Bu fikirləri dördüncü Qlobal Bakı Forumu çərçivəsində martın 10-da Bakıda keçirilən “Müasir dövrdə dünyanın vəziyyəti. Gələcəyin çətin problemlərinin həllində nəyə ehtiyac duyulur?” mövzusunda sessiyada iştirak edən Norveçin sabiq Baş naziri Qro Harlem Brudtland jurnalistlərə müsahibəsində səsləndirib.

Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinin önəmindən danışan sabiq Baş nazir multikultural dünyanın gələcək nəsillər üçün böyük imkanlar yaradacağını vurğulayıb. O, həmçinin multikultural dəyərlərin təbliğinə töhfə olan bu cür vacib təşəbbüsü irəli sürdüyünə görə Azərbaycanı təbrik edib.