YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Sosial-iqtisadi islahatların uğurluluğunu təmin edən əsas amil güclü siyasi iradədir

«Sosial-iqtisadi islahatların uğurluluğunu təmin edən əsas amil güclü siyasi iradədir. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamların xüsusi önəm kəsb edir». Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanda Azərbaycanda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edəcək.

«Şübhəsiz, Prezident İlham Əliyevin imzaladığı Fərman yeni iqtisadi şəraitə uyğun atılan müvafiq addımların məntiqi davamıdır. Bu Fərman daxili istehsalın artmasına və qeyri-neft məhsullarının ixracının genişlənməsinə yeni stimul verəcək. Bu həm də onu deməyə əsas verir ki, Azərbaycan yaxınmüddətli perspektivdə xarici bazarlarda ciddi maliyyə vəsaitləri gətirən, dividendli brendlərlə təmsil olunacaq»- deyə, A.Badamov qeyd edib.