YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçrənin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının (SECO) nümayəndəsi xanım Liviya Leunun rəhbərlik etdiyi nümayəndə heyəti martın 10-da Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə çiçək dəstələri düzüblər.

Şəhidlər xiyabanına gələn isveçrəli qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.