YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanda uğurlu dövlət qadın siyasəti həyata keçirilir

«Ölkəmizdə həyata keçirilən siyasətdə qadınların təmsilçiliyi daha da artır və bu bizi çox sevindirir. Qadınların yerlərdə qərar qəbul etmək prosesində iştirak etməsi məsələsi bütün dünyada aktuallıq kəsb edir. Təbii ki, Azərbaycanda da buna xüsusi fikir verilir». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Azərbaycanda uğurlu dövlət qadın siyasəti həyata keçirilir. Onun fikrincə, cəmiyyətin hər sahəsinin uğurlu inkişafında digər faktorla yanaşı gender elementinin nəzərə alınması və adekvat qiymətləndirilməsi olduqca önəmlidir.

«Məlumdur ki, qadınların seçki orqanlarında iştirakı bərabər hüquqlu cəmiyyət yaradır. Bir çox ölkələrdə bu məsələni qaldıranda ki, Azərbaycanda qadınlar bu hüququ 1918-ci ildə qazanıblar, onda hər kəs çox təəccüblənir. Çünki həmin vaxtda dünyanın az ölkələrində bu hüquqları məhz qadınlar qazanmışdı. Azərbaycanda bu ənənə daha da güclənir. Əgər 1990-ci ildə bütün millət vəkillərinin 4, 3 faizini, 2010-cu ildə isə 4,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16 %-ə çatıb Bələdiyyə üzvü seçilən qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 4194 nəfərə çatıb. Bələdiyyə üzvləri arasında isə qadınların çəkisi 26, 7 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4 faiz təşkil edib»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv