YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın keçmiş Prezidenti Boris Tadiçi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi məmnunluqla qeyd edildi, Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı, ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışıldı.