YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsal həcmi açıqlandı

2015-ci ildə Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan məhsulların ümumi həcmi 274,5 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat”ında bildirilir.

Hesabatda qeyd olunur ki, bu rəqəm 2007-ci illə müqayisədə 6,7, 2010-cu illə müqayisədə isə 3,1 dəfə çoxdur.

İstehsal olunan məhsulların tərkibində müdafiə təyinatlı məhsullar 104,0 milyon manat (37,9 faiz), xüsusi təyinatlı, təcrübi-konstruktor işləri və s. 131,0 milyon (47,7 faiz), mülki təyinatlı məhsullar isə 39,5 milyon manat (14,4 faiz) təşkil edib.