YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Taleb Rifai: İstəyirik ki, hər bir münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həllini tapsın

Azərbaycanda turizm sektorunun daha da inkişaf etdirilməsi üçün lazimi müzakirələr aparmışıq. Müzakirələrimiz praktik olaraq müvafiq təcrübələrə əsaslanır. Ümidvarıq ki, müzakirələrimizin nəticəsi Azərbaycanda bu sahədə müvafiq inkişafa daha da təkan verəcək.

Bu sözləri jurnalistlərə müsahibəsində Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai deyib.

“Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi olaraq onu deyə bilərəm ki, dünyada baş verən münaqişələr və həllini tapmayan problemlər turizmin inkişafına əngəllər yaradır. Bu problemləri Azərbaycanda da görürük. İstəyirik ki, hər bir münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həllini tapsın və dünyada turizm sahəsi daha da inkişaf etsin”-, deyə Taleb Rifai vurğulayıb.