YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Lukaşenko: Azərbaycan Belarus üçün əməkdaşlığın inkişafı üzrə prioritet dövlətlərdən biridir

Azərbaycan Belarus üçün əməkdaşlığın inkişafı üzrə prioritet dövlətlərdən biridir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycanın Baş naziri Artur Rasi-zadə ilə görüşündə bəyan edib. Trend-in məlumatına görə, xəbəri BELTA yayıb.

Prezident qeyd edib ki, Belarus üçün Azərbaycan yaxın ölkələrdən biridir, iki dövlətin liderləri arasında ənənəvi olaraq mehriban münasibətlər mövcuddur. "Bizdə bütün sahələrdə əməkdaşlıq çox uğurla inkişaf edir. Müəyyən çətinliklərə və problemlərə baxmayaraq, [onlar isə həmişə mövcuddur],biz əməkdaşlığımızda qapalı mövzulardan qaçmağa nail olmuşuq. Biz sizin üçün açığıq, elə mal çeşidi yoxdur ki, bizim sizə və ya sizin bizə sata bilməyiniz mümkün olmasın, birgə müəssisələrin yaradılması üçün qapalı mövzu yoxdur".

Aleksandr Lukaşenko qeyd edib: "Xahiş etmək istəyirəm, yadda saxlayasınız ki, sizə Belarus kimi çox yaxın ölkə var və bura investisiyalarla gəlmək olar, biz həmişə sizi dəstəkləyəcəyik. Azərbaycan bizim üçün prioritet dövlətlərdən biridir. Bizim üçün çox çətin və mürəkkəb olan vaxtları çox yaxşı xatırlayırıq və siz demək olar ki, bir neçə gün ərzində bizə yardım etdiniz. Siz bilməlisiniz ki, biz sizin ən yaxın dostunuzuq və sizin bütün, hətta ən kəskin problemlərinizin həllində maraqlıyıq. Və əgər biz bu planda nəsə edə biləcəyiksə, siz bizə bel bağlaya bilərsiniz".

Öz növbəsində, Artur Rasi-zadə qeyd edib ki, Azərbaycan Belarusla münasibətləri çox yüksək qiymətləndirir, ona qardaş ölkə kimi baxır: "Biz bundan sonra da bu münasibətlərin bütün istiqamətlərdə, həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə daha yüksək səviyyəyə qalxması üçün hər şeyi edəcəyik. Biz bütün münasibətlərdə Belarusu dəstəkləməyə hazırıq".