YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Verilən qərarlar Azərbaycanın sosialyönümlü dövlət olduğunu bir daha təsdiqləyir

«Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının növbəti dəfə artrılıması əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm addımdır». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Prezident İlham Əliyevin son sərəncamları əsasında bir sıra sahələrdə çalışan insanların əməkhaqları artırılıb. Onun sözlərinə görə, dünyada baş verən mürəkkəb sosial-iqtisadi proseslərin fonunda belə bir addım çox yüksək qiymətə layiqdir.

«Bu, bir daha onu təsdiqləyir ki, Azərbaycan dövləti üçün əsas amil onun vətəndaşlarının yaxşı yaşamasıdır. Bu mənada verilən qərarlar Azərbaycanın sosialyönümlü dövlət olduğunu bir daha təsdiqləyir. Azərbaycan cəmiyyəti dövlət başçısının atdığı addımları yüksək qiymətləndirir»- deyə, komitə sədri vurğulayıb.