YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmira Süleymanova: Azərbaycanda Ombudsman təsisatı sahibkarların hüquqlarının müdafiəsində mühüm rol oynayan səmərəli mexanizmdir

«Azərbaycanda Ombudsman təsisatı sahibkarların hüquqlarının müdafiəsində mühüm rol oynayan səmərəli mexanizmdir». Bu fikri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, müvəkkil sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquqlarının müdafiəsi vəziyyətini daim diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə,  aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə əlaqədar təklif və tövsiyələr verilir, aidiyyəti qurumlar qarşısında məsələ qaldırılır, bir çox problemlərin həllinə nail olunur. Eyni zamanda, Müvəkkil ötən dövrdə sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, onların fəaliyyətinə lüzumsuz müdaxilələrə son qoyulması məqsədilə hazırladığı təklif və tövsiyələri aidiyyəti qurumlarına ünvanlamış, bir sıra təkliflər öz müsbət həllini tapıb.

«Sahibkarlığın inkişafı və sahibkarlara dəstək sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında və “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında mühüm müddəaları var ki, sahibkarlığın inkişafı, onlara daxili və xarici bazarda əlverişli şəraitin yaradılması, sahibkarların və istehlakçıların hüquqlarının daha səmərəli təmin olunmasını özündə əks etdirir. Bu müddəaların yerinə yetirilməsi istiqamətində vacib addımlar atılır»- deyə, E.Süleymanova vurğulayıb.