YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Cənub Qaz Dəhlizi” və Xəzər regionu Aİ-nin əsas prioritetləri sırasındadır

“Cənub Qaz Dəhlizi” layihəsi və Xəzər regionu Avropa İttifaqının (Aİ) əsas prioritetləri sırasında olması açıq-aşkar görünür.

Bu fikirləri Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısındakı çıxışında deyib.

“Biz “Cənub Qaz Dəhlizi”nə ciddi şəkildə dəstək göstəririk və layihənin vaxtında tamamlanması, daha da irəliləməsi üçün birgə hərəkəti təmin etmək üçün üzərimizə düşən və xüsusilə şəxsən mənim üzərimə düşən öhdəliyi mümkün olduğu qədər yerinə yetirmək əzmindəyik. Layihə bizim üçün enerjinin şaxələndirilməsindən, Avropa İttifaqının enerji təhlükəsizliyindən daha böyük anlam kəsb edir. Bu layihə daha geniş regionda onun icrasına töhfə verə bilən bir sıra tərəfdaşlarla siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsi və dərinləşdirilməsindən ibarətdir. Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya və əlbəttə ki, Avropa İttifaqına üzv ölkələr - Yunanıstan, İtaliya, Bolqarıstan layihənin aparıcı qüvvələridir. Ümid edirik bu regiondan və bizim Qərbi Balkan regionundan olan ölkələr bu layihəyə qoşulacaq. Mən Avropa İttifaqı adından Azərbaycana bu əsas regional layihələrin inkişafında aparıcı rol oynadığına görə bir daha minnətdarlığımı bildirmək istərdim”, – deyə F.Moqerini qeyd edib.