YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Federika Moqerini: “Cənub Qaz Dəhlizi”nin uğuru üçün təhlükəsizlik və sabitlik mütləq şərtdir

Təhlükəsizlik və sabitlik olmadan heç bir digər sahədə həqiqi inkişaf əldə oluna bilməz. “Cənub Qaz Dəhlizi”nin tam müvəffəqiyyətlə təhvil verilməsi və energetika üzrə ticarətimizin davam etməsi üçün bu, mütləq şərtdir.

Bu fikirləri Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısındakı çıxışında səsləndirib.

F.Moqerini deyib: “Energetika sahəsində ticarətimizi daha çox inkişaf etdirmək ortaq prioritetlərimizdən biri və ən əhəmiyyətlisidir. Ancaq yeganə deyil. Heç birimiz sadəcə, tək müstəvili tərəfdaşlıqdan faydalana bilmərik. Əminəm ki, yeni razılaşmamız, daha geniş və daha ətraflı ortaq maraqlar məsələlərini əhatə edəcək. Bunların bir çoxu əlbəttə, iqtisadi maraqlar olacaq. Enerji məsələləri iqtisadi əlaqələrimizin ən əsas mövzusudur və bu, gələcəkdə də belə olacaq. Onlara nəzərən plan qurmalı və daha yüksək hədəf almalıyıq. Neft qiymətindəki dalğalanmalar hamımıza təsir edir və bizə bu şoklara qarşı dayanıqlı olmaq üçün iqtisadi əlaqələri gücləndirməyi, iqtisadiyyatımızı dözümlü vəziyyətə gətirməyin əhəmiyyətini xatırladır”.