YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Pakistan əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə edilib

Martın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Rəşad Mahmudun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında tarixən mövcud olan ənənəvi dostluq münasibətlərinin müasir dövrdə çox uğurla inkişaf etdiyi xatırlanaraq, siyasi, iqtisadi, mədəni sahələrdə strateji tərəfdaşlığımızın səmərəli nəticələr verdiyi məmnunluqla qeyd olunub.

Bu baxımdan hərbi sahədə də əməkdaşlığın dərinləşdirilməsinin, hərbi-sənaye və kadr potensialının mövcud imkanlarından səmərəli istifadə etməklə mütəmadi görüşlərin, təlimlərin və təcrübə mübadilələrinin keçirilməsinin zəruriliyi bildirilib.

Söhbət zamanı dünyada gedən qlobal proseslər fonunda regionun sabitliyi üçün ciddi təhlükə olan Ermənistanın təcavüzkar siyasəti qətiyyətlə pislənilib və Dağlıq Qarabağ münaqişənin həlli prosesində ədalətsizliyin aradan qaldırılaraq münaqişənin hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.

Bütün beynəlxalq tədbirlərdə ölkələrimizin bir-birinə dəstək verdiyini məmnunluqla xatırladan qonaq Pakistan dövlətinin və xalqının bundan sonra da daim işğalın aradan qaldırılması naminə dost, qardaş Azərbaycanın yanında olacağını nəzərə çatdırıb.

Görüşdə qarşılıqlı faydalı əlaqələrimizin daha da genişləndirilməsinə və hərbi əməkdaşlığımızın məqsədyönlü inkişaf etdirilməsinə dair bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.