YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: Multikulturalizm Azərbaycanın dövlət siyasətinə, tolerantlıq isə xalqımız üçün demokratik dəyərə çevrilib

«Multikulturalizm Azərbaycanın dövlət siyasətinə, tolerantlıq isə xalqımız üçün demokratik dəyərə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş siyasət həyata keçirir». Bu fikirləri Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, multikulturalizm siyasəti ölkəmizin demokratik inkişafının tərkib hissəsidir. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələ hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunub.

«Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Multikulturalizm məna etibarilə çoxmədəniyyətlilik, yəni çoxmədəniyyətli bir cəmiyyətdə bu çoxmədəniyyətliliyin daşıyıcılarının bir-birinin yanında normal şəkildə yaşaması deməkdir»- deyə, dövlət müşaviri vurğulayıb.