YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkmənistanda Xəzər hövzəsi ölkələrinin dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Tədbirdə «Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak etmişdir.
Görüşdə «Şərq-Qərb» multimodal nəqliyyat dəhlizinin inkişafı: regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensilların və perspektivlərin qiymətləndirilməsi; Marketinq və yükdaşıma bazarının öyrənilməsi, tranzit yüklərin cəlb olunması üzrə birgə fəaliyyət, birgə nəqliyyat-logistika şirkətlərinin yaradılması və Tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması: vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri müzakirə olunmuşdur.

Tədbir çərçivəsində «Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovla Tukmənistan Dəmir Yolu naziri Bayram Annemeredov, «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze və İİR-ın Dəmir Yolunun vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçilmişdir.

Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçirmişlər. 
Görüşün yekununa dair müvafiq sənəd imzalanmışdır.