YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa Milli Assambleyasında “Xocalı – qırğın haqqında həqiqət” adlı konfrans-debat keçirilib

Fransa Milli Assambleyasında Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə “Xocalı – qırğın haqqında həqiqət” adlı konfrans-debat keçirilib.

Konfrans Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” sənədli filminin nümayişi ilə başlayıb.

Assosiasiyasının sədri, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel çıxış edərək bildirib ki, konfransın əsas məqsədi Xocalı faciəsi haqqında həmvətənlərinə ətraflı məlumat verməkdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev konfrans iştirakçılarına Xocalı soyqırımı ilə bağlı faktları çatdırıb. O, erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal etməsindən və xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışıb.

Tarixçi Maksim Quen isə erməni ASALA terror təşkilatından, onun türk xalqlarına qarşı törətdikləri kütləvi qırğınlardan, qanlı cinayətlərdən söz açıb. O, Parisdə Orly aeroportunda baş verən terror aktının, eləcə də Xocalı soyqırımının lazımı səviyyədə qiymətləndirilməməsinin səbəblərinin eyni olduğunu vurğulayıb.

Münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında məlumat verib, Azərbaycanın regionda güclü orduya malik olmasına baxmayaraq, hələ də səbirlə münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini söyləyib.

Məruzələrdən sonra müzakirələr aparılıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Xocalı soyqırımının 24 –cü ildönümünə həsr edilmiş konfransa görə təşkilatçılara təşəkkür edib. Qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil olunan bu tədbirin əsas məqsədi fransız ictimaiyyətinin faciə ilə bağlı müfəssəl məlumatlandırılmasıdır.

Səfir Ermənistanın qeyri-konstruktiv və təcavüzkar mövqeyi ilə danışıqlar prosesini pozduğunu, vasitəçilərin təkliflərinin heç birini qəbul etmədiyini diqqət çatdırıb, beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı ciddi təzyiqləri olmadıqca vəziyyətin belə davam edəcəyini bildirib.

Türkiyənin Fransadakı səfiri Hakki Akil çıxışında Xocalı hadisələri zamanı Parisdə olduğunu və bu soyqırımın fransız mətbuatında yetərincə işıqlandırılmadığını qeyd edib.