YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Azərbaycan Gürcüstana nəql olunacaq qazın həcmini artıracaq

«Azərbaycan Gürcüstana nəql olunacaq qazın həcmini artıracaq». Bu fikri

SOCAR prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev deyib.

R.Abdullayev bildirib ki, əvvəl texniki imkanlar buna imkan vermirdi. Onun sözlərinə görə, bu məsələ “Şahdəniz” konsorsiumu ilə müzakirə edilib.

«Təbii ki, qışda qaza tələbat artır. Bilirsiniz ki, biz “Şahdəniz” konsorsiumundan qaz alırıq və o qazın bir qismi daxili bazar yönəlir, bir hissəsini isə Gürcüstan və Türkiyəyə satmaq ixtiyarımız var. Bununla biz əlavə olaraq “Şahdəniz” xətti ilə 500 mln. kubmetr qazın Gürcüstana nəql olunmasını təmin etdik. Gürcüstana əsasən 800 mln. kubmetr həcmində “Şahdəniz” qazı verilirdi. Bu rəqəmi biz 1,5 mlrd. kubmetrə qədər çatdırdıq. Bununla yanaşı, “Qazax” xətti ilə 1,5 mlrd. kubmetr həcmində qazın nəql olunması imkanı yarandı. Beləliklə, biz hazırkı və gələcək tələbatı ödəyə bildik»- deyə, R.Abdullayev vurğulayıb.