Xəbərlər
Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşdırılması həlledici əhəmiyyətə malikdir

Dünya enerji bazarında dəyişkənlik fonunda "Cənub Qaz Dəhlizi" layihəsinin vaxtında reallaşdırılması həlledici əhəmiyyətə malikdir.
Bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının yekunları üzrə mətbuat konfransında deyib.