YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramuntun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 29-da Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyub.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.