Xəbərlər
Belarusa qarşı 13 il tətbiq edilən sanksiyalar dayandırıldı

Avropa İttifaqının (Aİ) Belarusa qarşı tətbiq edilən əksər sanksiyaların ləğvi barədə qərarı fevralın 27-də qüvvəyə minib. Bu barədə Aİ-nin rəsmi jurnalında deyilir.
Beləliklə, Aİ Belarusun 170 məmuruna və şəxsən Prezident Aleksandr Lukaşenkoya qarşı sanksiyaları dayandırıb. Bu qərar 3 Belarus şirkətinə də şamil olunur.
Xatırladaq ki, sanksiyaların ləğvinə dair qərar fevralın 15-də Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə qəbul olunub.
Qeyd edək ki, sanksiyalar 13 il ərzində qüvvədə idi.