Xəbərlər
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzaladı.
Fərmana əsasən, yerli icra hakimiyyətlərində İctimai-siyasi və humanitar məsələlər şöbəsində şöbə müdirinin müavini — dini qurumlarla işin təşkilatçısı funksiyasını daşıyacaq və daha 4 nəfər baş məsləhətçi olacaqdır.