YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda əsas kapitala 120,9 mlrd. manat həcmində investisiya yönəldilib

2006-cı ildən etibarən Azərbaycanda əsas kapitala 120,9 mlrd. manat həcmində investisiya yönəldilib. 2015-ci ildə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2005-ci ildəkindən 2,8 dəfə çox olub.

2015-ci il ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 16 mlrd. manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilmiş ümumi sərmayələrin 44,9%-i neft sektorunun, 55,1%-i isə qeyri-neft sektorunun inkişafında istifadə edilib. Bu vəsaitin 56%-ni daxili investisiyalar, 44%-ni isə xarici investisiyalar təşkil edib.