YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər yerinə yetirilməlidir

«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər yerinə yetirilməlidir». Bu fikri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası bu məsələ ilə əlaqədar dörd qətnamə qəbul edib. Onun sözlərinə görə, həmin qətnamələrdə Azərbaycanı işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi tələb olunur.

«Bəzi beynəlxalq təşkilatlar və onların nümayəndələri tərəflər arasında etimad tədbirlərinin gücləndirilməsini vacib sayırlar. Bu, olmalıdır, amma Ermənistandan da işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək tələb olunmalıdır. Bu istiqamətdə qarşı tərəf heç bir addım atmır. Əksinə, Ermənistan sülhün əldə olunmasına maneələr yaradır»- deyə, A.Quliyev qeyd edib.