YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı Bakıda keçiriləcək

Səyahət, turizm və qonaqpərvərlik sənayesinin “Davos Forumu” sayılan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti toplantısı Bakıda keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən  bildirilib ki, martın 5-də baş tutacaq toplantıda bir sıra ölkələrin turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və turizm üzrə tanınmış ekspertlərin iştirakı nəzərdə tutulur. Toplantının əsas mövzusu “İnkişafda olan turizm məkanları üçün müvəffəqiyyət faktorları” mövzusu olacaq.

Martın 6-dək davam edəcək toplantıda növbəti on il ərzində turizm sahəsinə təsir edəcək qlobal tendensiyalar, turizm üçün insan resursları inkişafının mahiyyəti, yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr aparılacaq.

Məlumat üçün bildirək ki, ölkəmiz 2015-ci ildə İsveçrədə keçirilmiş Lüsern Dünya Turizm Forumunda “Qonaq ölkə” (Guest country) qismində iştirak etmişdi.