YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri ətrafında fikir mübadiləsi davam etdirilib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Telefon danışığı zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri, xüsusilə də ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsi davam etdirilib.