YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi qulluqçuların praktiki bacarıqları təkmilləşdirilir

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Qaraheybət təlim mərkəzində hərbi qulluqçuların peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə hazırlıq məşqləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, şəxsi heyətə zirehli texnikaların real döyüş şəraitinə uyğun vəziyyətdə idarə edilməsi, manevr imkanları öyrədilib. Eləcə də ekipajların praktiki hazırlığı, şərti düşmənin canlı qüvvə və texnikasına zərbə vurulması üzrə tapşırıqlar icra olunub. Həmçinin hərbi qulluqçuların silahlanmada olan müxtəlif çaplı silahlardan istifadə etmək bacarıqları təkmilləşdirilib.

 

DİGƏR Xəbərlər Arxiv