YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımı qurbanlarının xatirəsi Parisdə anılıb

Azərbaycanın Fransadakı səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin, Azərbaycanın Dostları və Ulduz assosiasiyalarının təşkilatçılığı ilə Parisin Müqəddəs Lüdoviq katedralında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib.

Konsertdən əvvəl Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsi haqqında iştirakçılara geniş məlumat verib.

Elçin Əmirbəyov bildirib ki, erməni hərbi birləşmələri 24 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinə hücum edərək XX əsrin görünməmiş faciəsini törədib, günahsız insanları amansızlıqla qətlə yetiriblər.

Səfir Xocalıda törədilən faciənin Fransanın Oradur-sür-Qlan kəndində törədilən vəhşiliklərlə eyniyyət təşkil etdiyini diqqətə çatdırıb. Bəşəriyyətə qarşı törədilən bu cinayətə beynəlxalq təşkilatlar tərəfindən hələ də siyasi qiymət verilməməsinə təəssüf hissi keçirdiyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini vurğulayan səfir artıq 12 ölkənin parlamentinin bu faciəni genosid aktı kimi tanıdığını qeyd edib. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilən tədbirlərin əsas məqsədi faciə ilə bağlı ədalətin bərqərar edilməsinə nail olmaq olduğu vurğulanıb.

Avropa Azərbaycan Cəmiyyətinin Paris ofisinin rəhbəri Marie-Laetitia Gourdin və Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva çıxış edərək fevralın 25-dən 26-na keçən müdhiş gecədə erməni hərbi birləşmələrinin Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən söz açıblar.

Tədbirdə tarzan Ramiz Quliyev, skripkaçı Sabina Rakşeyeva “Lamoureux”orkestrinin müşayiəti ilə Azərbaycan və Avropa musuqiçilərinin əsərlərini ifa ediblər. Orkestrə beynəlxalq müsabiqələr laureatı Eyyub Quliyev dirijorluq edib. Konsertdə Qara Qarayevin, Fikrət Əmirovun və Vasif Adıgözəlovun əsərləri də səslənib.

 

DİGƏR Xəbərlər Arxiv