YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minskdə MDB ölkələri Daimi Nümayəndələr Şurasının növbədənkənar iclası olub

Fevralın 24-də Minskdə MDB-nin İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin Təşkilatın nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbədənkənar iclası keçirilib.

MDB qərargahının mətbuat xidmətindən bildirilib ki, daimi nümayəndələr Birliyin MDB-nin vahid büdcəsindən maliyyələşdirilən orqanlarının fəaliyyətini və 2016-cı ildə Birliyin ali orqanlarının iclaslarına təqdim ediləcək sənədlərin hazırlanması planını müzakirə ediblər.

Müzakirələrin yekunu üzrə müvafiq qərar qəbul edilib. Şuranın növbəti iclasının martın 15-də keçirilməsi qərara alınıb.

DİGƏR Xəbərlər Arxiv