YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əsədov: Yaxın zamanlarda Toxum Fondunun vəsaitindən istifadə ediləcək

Yaxın zamanlarda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun vəsaitindən istifadə ediləcək.

Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dövlət Toxum Fondunun əsasnaməsi, toxum fondunun vəsaitindən istifadə qaydası, fondun fəaliyyət istiqaməti hazırlanaraq hökumətə təqdim olunub və hökumət tərəfindən təsdiqlənib. Yaxın vaxtlarda fondun vəsaitindən qaydalara uyğun olaraq istifadə ediləcək.

H.Əsədov bildirib ki, vəsaitdən istifadə etməzdən əvvəl qiymətləndirmələr aparılır, ərazilərdə hansı toxumlara ehtiyacın olması, həmçinin toxum çatmayan ərazilər müəyyənləşdirilir. Bununla yanaşı iqlim şəraiti və torpağın uyğunluğu istiqamətində də dəyərləndirmələr aparılır. “Biz toxumçuluqla bağlı zəif yerlərimizi, bu sahədə mövcud ehtiyacları müəyyənləşdirərək fondun vəsaitini bu istiqamətə yönəltməyi planlaşdırırıq”, – deyə Heydər Əsədov vurğulayıb.