YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: Ölkəmizdə aqrar sahənin inkişafı üçün böyük potensial var

«2016-cı ilin dürüstləşdirilmiş dövlət büdcəsinin gəlir və xərc hissəsində 2,3 milyard manat əlavə vəsait nəzərdə tutulub. Bu vəsaitin 1,6 milyard manatı Dövlət Neft Fondundan transfer, 700 milyon manat isə vergilər hesabına təmin olunacaq». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, dövlət büdcəsində sosial layihələr üçün ayrılan vəsait böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu fakt Prezident İlham Əliyevin sosial məsələləri, əhalinin sosial müdafiəsini daim diqqətdə saxladığını göstərir.

 «Xərclərin mühüm hissəsi əməkhaqlarına, pensiya, sosial müavinətlərinə ayrılıb. Eləcə də, təhsil və səhiyyə xərcləri də bu sahələrin inkişafına müsbət təsir göstərəcək. Hesab edirəm ki, neftdənkənar sahələrin inkişafından danışarkən kənd təsərrüfatının inkişafına diqqət daha da artırılmalıdır. Çünki bu sahədə ölkəmizin böyük potensialı mövcuddur. Eləcə də, kiçik və orta sahibkarlığın inkişafına dəstək daha da artırılmalıdır ki, sahibkarlar öz imkanlarını daha geniş formada səfərbər etsinlər»- deyə, V.Əhmədov qeyd edib.