YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Büdcə Azərbaycanda iqtisadi fəallığı artırmaq nöqteyi nəzərindən əhəmiyyət kəsb edir

«Beynəlxalq aləmdə gedən mürəkkəb iqtisadi proseslər fonunda Azərbaycanın 2016-cı il dövlət büdcəsində edilən dəyişikliklər əhəmiyyətlidir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, dəqiqləşdirilmiş büdcədə lüzumsuz xərclərin aradan qaldırılması büdcəyə qənaətdir. Onun sözlərinə görə, büdcə elə formalaşdırılıb ki, struktur islahatlarına kömək edə bilər.

«Bu, iqtisadi fəallığın artırılması yolu ilə ola bilər. Dövlət başçısının vurğuladığı kimi regionlarda iqtisadi zonalar yaradılmalı, yerli istehsal sahələri inkişaf etdirilməlidir. Bu işlər dövlət qurumları tərəfindən ciddi koordinasiya olunmalıdır.

Bütövlükdə hesab edirəm ki, 2016-cı ilin dövlət büdcəsinə edilən dəyişikliklər əhalinin sosial müdafiəsi baxımından vacibdir. Eləcə də, büdcə Azərbaycanda iqtisadi fəallığı artırmaq nöqteyi nəzərindən əhəmiyyət kəsb edir»- deyə, komitə üzvü vurğulayıb.